AZ

Leysan olacaq, dolu düşəcək - Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?VİDEO

Azərbaycan ərazisində bir neçə gündür müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək.

Xezerxeber.az-ın məlumatına görə, Milli Hidrometerologiya Xidmətindən bildirilib ki, sabahdan 2 gün ərzində Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı ehtimal olunur. Bəzi yerlərdə isə yağışın leysan xarakterli olması ehtimalı var.

Rayonlarda da qeyri-sabit hava hökm sürəcək. Bəzi dağlıq və dağətəyi  rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 15-dən ölkə ərazisində havanın tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  



 

 

Seçilən
9
xezerxeber.az

1Mənbələr