AZ

ABŞ Rusiyaya görə G7 ni toplayır: Ukraynaya yardım...

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ administrasiyası G7 ölkələrini Rusiya aktivlərinin ələ keçirilməsi üçün hüquqi mexanizm hazırlamağa çağırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” əldə etdiyi sənədə istinadən məlumat yayıb.

“ABŞ həmçinin G7 ölkələrinə Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün hüquqi mexanizm yaratmalı və onları müsadirə etməyi və ya onlardan Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün istifadə etməyi düşünməli olduqlarını deyəcək”, - məlumatda qeyd olunub.

Agentlik bildirir ki, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivinin böyük hissəsi Avropadadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
axar.az

2Mənbələr