AZ

"Bu gün daha istəkli "Kəpəz" gördük" - Adil Şükürov

"Kəpəz" Azərbaycan Premyer Liqasınını 4-cü turunda Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlki oyunlara baxanda daha aqressiv idik. Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil. Amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli “Kəpəz” gördük.

- Rəhbərlik sizin qarşınıza növbəti 3 turda itirilən xalların bərpa olunması hədəfi qoymuşdu. Sizcə, 3 tur gözləyəcəklər?

- Söhbət 3 turdan yox, komandanın durumun yaxşılaşdırılması, xallar qazanmaqdan gedir.

- Hər mövsüm “Kəpəz” 7-8 tur uduzduqdan sonra baş məşqçi dəyişir və komanda yaxşınəticələr göstərməyə başlayır. Bunun səbəbi nədir?

- Biz “Kəpəz”də oynayanda da belə hallar olub. Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağaçalışacağıq.

Seçilən
14
1
sportinfo.az

3Mənbələr