Qahirə, 12 sentyabr, AZƏRTAC
Somalidə mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” hərəkatının 30-dan çox üzvü Qalgudud bölgəsində keçirilən hərbi əməliyyat nəticəsində öldürülüb.
AZƏRTAC yerli mediaya istinadla bildirir ki, Somali Silahlı Qüvvələrinin yerli müdafiə qüvvələri ilə birgə keçirilən əməliyyat zamanı 6 əsgər həlak olub, 14-ü yüngül yaralanıb.
Qeyd edək ki, Somali qüvvələri artıq on ildən çoxdur ki, yüzlərlə mülki şəxs və təhlükəsizlik əməkdaşının həyatına son qoyan “Əş-Şəbab” hərəkatına qarşı mübarizə aparır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə