AZ

Elmar Baxşıyev: "Belə olacağını təxmin edirdik"

“Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var.

Bunu Misli Premyer Liqasının 4-cü turunda səfərdə "Kəpəz"lə oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

İdman.biz bildirir ki, oyun 2:0 hesabı ilə "Araz-Naxçıvan"ın xeyrinə qurtarıb.

"Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. “Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var. Komanda olaraq yaxşı iş ortaya qoya bildik. Amma daha da yaxşı olmalıyıq. Yolumuza davam edəcəyik", - o, deyib.

Baxşıyev qeyd edib ki, sərəncamında olan futbolçuların hamısı keyfiyyətlidir: "Rəqibin müdafiəsini də nəzərə almaq lazımdır. Hücum oyunçularımız bu gün yaxşı idilər. Öz üzərlərinə düşənləri etməyə çalışdılar".

İdman.biz

Seçilən
4
5
idman.biz

6Mənbələr