AZ

Rusiya ilə gərginlik artır: NATO 'Şərq Gözətçisi'-ni aktivləşdirdi

NATO-nun baş katibi Mark Rutte NATO-nun şərq cinahını gücləndirmək üçün “Şərq Gözətçisi” missiyasının başladığını elan edib.

Turkustan.az xəbər verir ki, Rusiya pilotsuz təyyarələri Polşanın hava məkanını pozduqdan sonra NATO yeni tədbirlər görəcəyinə işarə edib.

NATO-nun baş katibi Mark Rutte NATO-nun şərq cinahını gücləndirmək üçün “Şərq Gözətçisi” missiyasının başladığını elan edib.

Qərarla bağlı açıqlamasında Rusiyanın ehtiyatsızlığının artdığını qeyd edən Rutte, "Pozuntu qəsdən olub-olmamasından asılı olmayaraq, Rusiya NATO hava məkanını pozdu" deyib.

Rutte, müvafiq missiyaya uyğun olaraq Danimarka, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrin iştirak edəcəyini açıqlayıb.

Rutte həmçinin ABŞ-ın Rusiyanın qanun pozuntusuna reaksiyasından məmnun olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
1
turkustan.az

2Mənbələr