AZ

Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI

Bakıda qoyun saxlayan 5 nəfərə qarşı dələduzluq edilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisələr Xəzər rayonu ərazisində qeydə alınıb.

49 yaşlı Elçin Musayev (soyad şərtidir) Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində yaşayan qoyun saxlayan 5 nəfərin qapısına gedərək, qızı üçün toy edəcəyini deyib. Bunun üçün onlardan ümumi dəyəri 5900 manat olan 13 qoyun alıb.

Qoyunların pulunu isə toya salınan pullarla ödəyəcəyini bildirib. Lakin həmin xırdabuynuzlu heyvanları tanıdığı adamlara ucuz qiymətə sataraq, pulu şəxsi ehtiyaclarına sərf edib.

Heyvanlarını pulunu ala bilməyən zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət edib.

Nəticədə Elçin Musayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsilə ittiham elan olunub.

Xəzər rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Elçin Musayev 2 il 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

Seçilən
6
3
bizim.media

4Mənbələr