Polşa Xarici İşlər naziri Radoslav Sikorski bildirib ki, 10 sentyabrda dronlar respublikanın hava məkanına qonşu ölkələrdən daxil olub.
NOCOMMENT.az xəbər verir ki, onun çıxışı Polşa Televiziyası (TVP) tərəfindən yayımlanıb.
“Bu dronlar yalnız Ukraynadan deyil, həm də Belarusdan hava məkanımıza daxil olub”, – deyə diplomat bildirib.
Qeyd edək ki, 10 sentyabr gecəsi Polşa ərazisində bir neçə pilotsuz uçuş aparatı düşüb. NATO ölkələrinin qırıcıları havaya qaldırılıb və insident nəticəsində, o cümlədən Varşava hava limanı da daxil olmaqla, bir neçə aeroport müvəqqəti bağlanıb.