Misli Premyer Liqasının IV turunda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında matçı şərh edib:

 "Ağır oyun olacağını bilirdik. "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində yer alsa da, heyətində təhlükəli futbolçular vardı. Komanda olaraq ortaya yaxşı iş qoyduq. Alınmayan detallar da oldu. Layiqli qələbə qazandıq və bu münasibətlə futbolçularımı təbrik edirəm. 

Komandamızda keyfiyyətli futbolçular yer alıb. Ancaq onların ustalıq səviyyəsi nə qədər yüksək olsa da, rəqibin də müdafiəçilərini unutmamalıyıq. Hücumçularımız üzərlərinə düşəni etməyə çalışdılar".