AZ

“Fənərbaxça” – “Qalatasaray” derbisinin vaxtı açıqlandı

Türkiyə Superliqasında böyük maraqla gözlənilən “Fənərbaxça” – “Qalatasaray” derbisinin nə zaman keçiriləcəyi müəyyənləşib.

KONKRET.az-ın məlumatına görə, İstanbulun Şükrü Saracoğlu stadionunda baş tutacaq qarşılaşma dekabrın 1-də keçiriləcək.

Qarşılaşmanın dəqiq başlama saatı və hakim heyəti isə yaxın günlərdə Türkiyə Futbol Federasiyası tərəfindən rəsmi olaraq açıqlanacaq.

Seçilən
6
2
konkret.az

3Mənbələr