AZ

Mark Rutte: Polşa hadisəsinin qiymətləndirilməsi davam edir

NATO-nun baş katibi Mark Rutte Avropadakı alyans qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç ilə birgə keçirdiyi mətbuat konfransında Polşadakı pilotsuz uçuş aparatları insidentinə hansı ölkənin səbəb olduğunu birbaşa açıqlaya bilməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rutte bildirib ki, hadisənin qiymətləndirilməsi hələ də davam edir.

“Bir tərəfdən, bu hadisənin arxasında kim dayanır sualı önəmlidir, digər tərəfdən isə o qədər də önəmli deyil, çünki hadisə qəsdən baş verib-verilməməsi vacib deyil. Hər halda bu məsuliyyətsiz bir hərəkət idi, bunlar Rusiya dronları idi”, — deyə Rutte vurğulayıb.

Seçilən
7
nocomment.az

1Mənbələr