AZ

Birlikdə içən cütlüklərin münasibəti daha uzunömürlü olur – ARAŞDIRMA

Eyni alkoqollu içkiləri sevən cütlüklərin münasibəti daha uzunömürlü olur.

Bizim.Media xəbər verir ki, bu ABŞ-ın Miçiqan Universitetində aparılan araşdırmanın nəticəsində ortaya çıxıb.

Tədqiqatda 50 yaşdan yuxarı 4600-dən çox cütlük iştirak edib.
 

Məlum olub ki, həm eyni spirtli içkini qəbul edən, həm də etməyən cütlüklər içki vərdişləri fərqli olanlardan daha uzun müddət birgə yaşayırlar. Alimlər bu halı “alkoqollu tərəfdaşlıq” adlandırır. Araşdırmaya əsasən, belə ailələrdə münasibətlərdən məmnunluq daha yüksək, mübahisələr isə daha az olur.


Lakin tədqiqatın rəhbəri Kira Börditt vurğulayıb ki, əsas məsələ spirtli içki deyil, münasibətlərdəki harmoniya və uyğunluqdur.

Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr