Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzillərin birində yanğın başlayıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.