ain.az, Moderator.az portalına istinadən məlumat yayır.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani nüvə silahı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.
Moderator.az "Azad İran"a istinadən xəbər verir ki, millət vəkili İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmadan, gizli şəkildə nüvə silahı hazırlamalı olduğunu bildirib.
"Biz bunu çoxdan etməli idik", - deyə Ərdəstani İranın dövlət televiziyasına müsahibəsində qeyd edib. O bildirib ki, Tehran artıq buna görə ağır bədəl ödəyib.
Onun fikrincə, Tehran nüvə silahını səssiz və planlı şəkildə inkişaf etdirməli idi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.