Bakı. Trend:
Polşa hökuməti Britaniyanın “BAE Systems” şirkətinin texnologiyavə bilik transferi ilə 155 mm-lik artilleriya mərmiləri istehsaledəcək zavodun yaradılmasını təsdiqləyib.
Trend-in“Telegraph”a istinadən verdiyi məlumata görə, BAE əsastexnologiyaları və istehsal təcrübəsini Polşanın dövlət silahkonserni PGZ-yə verəcək. Yeni müəssisənin istehsal gücünün ildətəxminən 180 min mərmi olması gözlənilir.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, layihə ölkəninmüdafiə potensialını və NATO-nun şərq cinahındakı qüvvələriniəhəmiyyətli dərəcədə gücləndirəcək. Yeni zavodda istehsalprosesində BAE-nin Uelsdəki partlayıcı maddələr zavodunda tətbiqolunan avtomatlaşdırma üsulları tətbiq olunacaq.
Məsələ regionda təhlükəsizlik gərginliyinin artdığı bir vaxtatəsadüf edir — bu addım, çərşənbə günü Polşa hava məkanında Rusiyadronlarının vurulmasından sonra NATO-nun regiona əlavə qoşun vəsilah yerləşdirməsinin fonunda atılır.