Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Fernandu Satnuşun başçılıq etdiyi millimizin dünya çempionatının seçmə mərhələsinə biabırçı nəticəylə start verməsinin səbəbi üzə çıxıb.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, İslandiya ilə səfər matçına (5:0) yollanan futbolçular AFFA mənsubları ilə söhbətində Fernandu Santuşun onları çaşqınlıq içində saxladığını bildiriblər.
Ağır məğlubiyyətlə bağlı araşdırma aparan federasiya rəsmilərinə məlum olub ki, baş məşqçi rəqibi analiz edərkən, komandaya müdafiədən topla çıxmağı, yarımmüdafiənin mərkəzindən sürətli hücumlar qurmağı tapşırıb.
Fəqət, qarşılaşmanın startından dəqiqələr sonra o, taktikanı 180 dərəcə dəyişib.
Belə ki, portuqaliyalı çalışdırıcı arxada top saxlamamağa, onu yalnız irəli vurmağa göstəriş verib, üçüncü zonada hava mübarizəsinin aparılmasını istəyib.
Sabiq baş məşqçi görüşün fasiləsində daha çox müdafiəyə çəkilməyin lazım olduğunu söyləyib. Komandanın ilk hissəni hesabda geri bitirməsinə (0:1) baxmayaraq, Santuş böyük qüvvə ilə irəli atılmağa icazə verməyib.
Bu da onun Azərbaycan millisindəki sonunu gətirib. İkinci yarıda daha 4 qol vuran ev sahibləri darmadağını rəsmiləşdirib, Santuş isə AFFA tərəfindən istefaya göndərilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.