AZ

İzmirdəki hücuma görə o yeniyetmənin valideynləri də saxlanıldı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

İzmirin Balçova Polis İdarəsində 2 polisin ölümü, 3-nün yaralanması ilə nəticələnən hücumla əlaqədar daha 10 nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında hücumu törətməkdə şübhəli bilinən 16 yaşlı Eren Bigülün valideynləri də var.

Xatırladaq ki, sentyabrın 8-də İzmirin Balçova bölgəsində polis bölməsinə silahlı basqın edilib. Nəticədə 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər isə yaralanıb.

Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs isə yaralı halda saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
qafqazinfo.az

5Mənbələr