AZ

Mehdiabadda yaşayış binasında yanğın baş verib, iki azyaşlı zəhərlənib - YENİLƏNİB

Paytaxtın Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yeni tikili yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi və təcili yardım əməkdaşları cəlb olunub. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb.

Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.



Fərid Yusifov



***
22:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Seçilən
7
33
apa.az

10Mənbələr