Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb.
Axar.az xəbər verir ki, bu barədə AB Şurasının saytında məlumat verilib.
“Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2026-cı il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, - deyə bildirilib.
Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunmağa davam edəcək.