Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb.
Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
“Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2026-cı il martın 15-dək uzadılmasına qərar verib”,-deyə bildirilib.
2500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiqi davam edəcək, lakin iki fiziki şəxs sanksiyaya məruz qalan şəxslər siyahısından çıxarılıb.
“Avropa İttifaqı Rusiyaya təzyiqi artırmağa və hətta əlavə sanksiyalar tətbiq etməyə hazırdır”,- deyə Brüsseldən bildirilib.
//Gülnarə Abasova, Editor.az