Ajans.az xəbər verir ki, Kadırov hətta həyatını ehtiyacı olanlara köməyə həsr edən anasının da sanksiyalara məruz qaldığını bildirib. "London, indi isə Yaponiya anamın əməyini qiymətləndirmək əvəzinə, onu sanksiya siyahısına daxil edib. Bu qərar ədalət naminə deyil, Qərb kuratorlarını razı salmaq üçün verilib", - Kadırov bildirib.

Sentyabrın əvvəlində Böyük Britaniya Çeçenistan liderinin anasını sanksiyalar siyahısına əlavə edib. Buna səbəb onun Rusiyanın nəzarətində olan ərazilərdə ukraynalı uşaqlara "hərbi-vətənpərvərlik" təlimləri keçən Axmat Kadırov Fondunun prezidenti kimi fəaliyyətidir. Sentyabrın 12-də Yaponiya da Ukraynadakı vəziyyətlə əlaqədar Axmat Kadırov Fondu daxil olmaqla 52 təşkilata və Rusiyadan olan 10 şəxsə məhdudiyyətlər qoyub.