Məşhur aktrisa Zümrüd Qasımova uzun fasilədən sonra efirə qayıdır.
Sfera.az xəbər verir ki, aktrisa ARB TV-də fəaliyyətə başlayıb. O, "Həkim nə deyir?" proqramına aparıcılıq edəcək.
Z.Qasımova proqramı rejissor Səidə Haqverdiyeva ilə birlikdə aparacaq. Veriliş sentaybrın 15-dən etibarən yayımlanacaq.
Qeyd edək ki, Z.Qasımova bundan əvvəl ARB TV-də və Xəzər TV-də aparıcılıq edib. O, bir müddətdir aparıcılıq fəaliyyətinə fasilə vermişdi.