Salyan rayonunda güllələnmə hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının dediyinə görə, İ. Tağıyev çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB qırma xəsarəti alan şəxsin vəziyyəti barədə məlumat yayıb. Qurumdan verilən məlumata görə, 12.09.2025-ci il tarixində saat 18:10 radələrində 1963-cü il təvəllüdlü şəxs (kişi cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.