AZ

ABŞ G7-yə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək üçün mexanizm yaratmağı təklif edəcək

ABŞ G7 tərəfdaşlarına Ukraynanı dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsinə imkan verən hüquqi mexanizm yaratmağı təklif etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"ABŞ G7-yə Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün qanuni yol yaratmaq və bu aktivlərdən Ukrayna müdafiəsini maliyyələşdirmək üçün istifadə imkanlarını nəzərdən keçirmək lazım olduğunu söyləyəcək", - agentlik ABŞ-nin təklifinə istinadən yazıb.

Eyni zamanda, agentlik mənbələrə istinadən qeyd edib ki, yüksək rütbəli amerikalı məmurlar avropalı həmkarları ilə Moskvaya təzyiqi artırmaq üçün Rusiya aktivlərinin tədricən istifadə ideyasını müzakirə ediblər.

Seçilən
2
3
musavat.com

4Mənbələr