AZ

Omskda Avropa çempionu boksçu qətlə yetirilib

Omsk şəhərində Avropa çempionu, tanınmış boksçu Lovari Mixaylenko qətlə yetirilib. İdmançının meyiti mənzilində baş nahiyəsindən güllə yarası ilə aşkarlanıb. Məlumatı “Mash na sporte” Teleqram kanalı yayıb.

İlkin versiyaya görə, 31 yaşlı Mixaylenkonun evinə 23 yaşlı tanışı gəlib. Aralarında mübahisə yaranıb və həmin şəxs TТ markalı tapançadan atəş açaraq boksçunu öldürüb. Cinayətdən sonra o, hadisə yerini tərk edərək şəhərdən uzaqlaşıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr