AZ

Fidan: Azərbaycan və Ermənistan arasında sülh sazişi gələn ilin ilk yarısında imzalana bilər

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma tarixi ilə bağlı açıqlama verib.

Fidan bildirib ki, Vaşinqtonda hələ son imzalar atılmayıb, lakin sazişin gələn ilin ilk yarısında imzalanacağı gözlənilir.

“Son imzalar atılan kimi biz də Ermənistanla münasibətlərin normallaşdırılmasına dərhal başlayacağıq”, — deyə o vurğulayıb.

Türkiyəli nazir həmçinin ABŞ-ın Ukrayna müharibəsinə yanaşmasını da şərh edib. Onun sözlərinə görə, Donald Tramp münaqişədə aparıcı qüvvə rolunu deyil, neytrallığı seçib və bu, Avropa ölkələrini liderlik məsələsində tək qoyub.

Fidan əlavə edib:

“Əgər hər şey pis istiqamətə getsə, ən pis ssenaridə təhlükəsizliyin son zəmanətçisini kim təmin edəcək?” 

 

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr