Avropa İttifaqı Rusiyaya qarşı bütün sanksiyalar paketinin müddətini daha altı ay uzadıb.
Bu barədə Aİ Şurası məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər 2026-cı il martın 15-dək qüvvədə qalacaq.
“Bu gün Şura qərara aldı ki, məhdudlaşdırıcı tədbirlər daha 6 ay, yəni 2026-cı il martın 15-dək uzadılsın”, – açıqlamada deyilir.
Qeyd olunur ki, sanksiyalar əvvəlki kimi 2 500-dən çox fiziki və hüquqi şəxsə şamil olunacaq.
"Cebheinfo.az"