AZ

Onların ölümləri hələ də danışılır Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhurların ölümü hər zaman diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, xüsusilə də ölüm səbəbi illərlə cavabsız qaldıqda müxtəlif versiyalar ortaya çıxır.

Dünyaşöhrətli ulduzların da bəziləri də müəmmalı şəkildə həyatdan köçüb. Onların ölümü hələ də müzakirə olunur, sənaye içində sui-qəsd, narkotik asılılığı və ya şəxsi faciələr barədə saysız-hesabsız fərziyyələr dolaşır.

1977-ci ildə dünyasını dəyişən Elvis Presleyin ölümü rəsmi olaraq ürək çatışmazlığı ilə izah olunsa da, pərəstişkarları hələ də buna inanmır.

İddialara görə, o, ya dərmanların təsirindən, ya da özünü təcrid etdiyindən həlak olub. Hətta onun gizlincə başqa ölkədə yaşadığı barədə iddialar hələ də dolaşmaqdadır.

1962-ci ildə aktrisa Marilyn Monronun ölümü “intihar” kimi qeyd olundu.

Yatağında yüksək dozada yuxu dərmanı ilə tapılan ulduzun həyatı isə o dövrün ən qalmaqallı mövzularından idi. ABŞ siyasətçiləri ilə münasibətləri, gizli təzyiqlər və “Hollivud” intriqalarına görə çoxları bunun planlı qətl olduğunu düşünməkdədir.

2009-cu ildə Maykl Ceksonun qəfil ölümü bütün dünyanı sarsıtdı. Rəsmi açıqlamada onun ölüm səbəbi həkiminin verdiyi yüksək dozalı narkotik tərkibli dərmanlar göstərilib.

Amma bu versiya da çoxları tərəfindən qəbul olunmadı. Onun haqqında da hələ də həyatda olduğuna dair şayiələr gəzməkdədir.

1994-cü ildə “Nirvana” qrupunun lideri Kurt Kobain ölü tapıldı. İlkin məlumat kimi onun  intihar etdiyi deyilsə də, sevənləri bu səbəbə böyük reaksiya vermişdi.

Çünki hadisə ilə bağlı detallar, o cümlədən tüfəngin yerləşməsi və məktubdakı uyğunsuzluqlar “Kobain qətlə yetirilmiş ola bilər” iddialarını gücləndirmişdi.

2012-ci ildə Uitney Hyuston Los-Ancelesdə hotel otağında hamam vannasında ölü tapıldı. Onun qanında müxtəlif maddələr aşkarlandı, rəsmi səbəb “qəzalı ölüm” kimi göstərildi. Lakin pərəstişkarları və yaxınları düşünür ki, bu, təsadüf yox, sui-qəsd ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr