AZ

ABŞ Rusiyaya məhsul tədarükündə təqsirləndirilən bir neçə ölkənin şirkət və qurumlarına qarşı sanksiyalar tətbiq edib

Apa.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Ticarət Nazirliyi Çində, Hindistanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir sıra şirkətlərə qarşı ixrac məhdudiyyətləri tətbiq edib.APA xəbər verir ki, bu barədə məlumat ABŞ Federal Qeydiyyatında (hökumətin rəsmi sənədlər toplusu) yerləşdirilib.Məlumata görə, bu strukturlar Rusiyaya müxtəlif məhsullar göndərməkdə iştirak ediblər.

Qeyd olunur ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu "32 qurumu qara siyahıya daxil edib".Onların arasında 20-dən çox Çin şirkəti, 3 Türkiyə, 2 BƏƏ, 1 Hindistan, 1 İran və 1 Sinqapur şirkəti var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
apa.az

2Mənbələr