AZ

Fransanın silah satışından gəlirləri kəskin artıb

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

2024-cü ildə Fransa şirkətləri 21,6 milyard avro dəyərində silah sifarişi alıb. Bu, ölkənin silah sənayesi tarixində ən yüksək nəticələrdən biri hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Mediapart” saytı Fransa Müdafiə Nazirliyinin hesabatına əsasən məlumat verib.

2024-cü il üçün ixrac sifarişləri son on ilin orta göstəricisindən demək olar ki, iki dəfə çoxdur . Gəlirlərin artımı Serbiyaya 12 "Rafale" qırıcısının satışı, İndoneziya ilə 18 "Rafale" sifarişinin təsdiqlənməsi və Hollandiyaya dörd Barracuda nüvə sualtı qayığının satışı ilə bağlıdır.

Ənənəvi olaraq, Fransa ixracı Yaxın Şərq və Asiyaya yönəldilib, lakin 2024-cü ildə sifarişlərin 60%-i arsenallarını yenidən silahlandıran Avropa ölkələrindən gəlib.

Müqavilələrin 41%-i Aİ ölkələrinin payına düşüb. 2012-2021-ci illər arasında bu pay orta hesabla 10% təşkil edib. Bu bazarlara çıxmaq üçün Paris digər Avropa ölkələri ilə birgə satınalma proqramlarına üstünlük verir.

Fransa ABŞ-dən sonra dünyanın ikinci ən böyük silah ixracatçısıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
sherg.az

4Mənbələr