AZ

"Google Maps" istifadəçiləri Antarktidada "UNO bazası" tapdılar

"Google Maps" istifadəçiləri Antarktidada UNO kimi görünən, qəribə dairəvi obyekt aşkarlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Bildirilir ki, obyekt sahildən təqribən 150 km aralıda yerləşir və sanki qəsdən bir qayanın altında gizlədilib.

Tapılan obyektin koordinatları ilə yayımlanan kadrlara ilk diqqəti çəkən amerikalı ekspert Skott S. Uorinq olub. Onun sözlərinə görə, disk təbii formasiya olmayacaq dərəcədə - "mükəmməl şəkildə hamar" görünür.

O, həmçinin qeyd edib ki, obyekt A.B.Dobrovolski qütb stansiyasından cəmi altı mil məsafədə yerləşir və bu, tapıntını daha da müəmmalı edir.

Obyektin forması, "Google Maps" istifadəçilərinin də qeyd etdiyi kimi, filmlərdən bələd olduğumuz klassik “nəlbəkilərə” bənzəyir.

Britaniyalı Filip Mentl da daxil olmaqla, bir sıra ufoloqlar bu obyekti ilk dəfə gördüklərini və təbiətini izah edə bilmədiklərini bildiriblər.

Seçilən
6
5
publika.az

6Mənbələr