AZ

G7 nazirlərinin bəyanatı: Rusiyaya, ondan neft alanlara qarşı sanksiyalar...

Yeddilik Qrupu (G7) ölkələri Ukraynadakı münaqişədə Rusiyaya dəstək verən ölkələrə qarşı sanksiyalar və tariflərin tətbiqi imkanlarını müzakirə ediblər.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu, G7-nin (Birləşmiş Krallıq, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) maliyyə nazirlərinin yaydığı birgə bəyanatda əksini tapıb.

Kommünikeyə görə, G7 ölkələri “Rusiyanın hərbi səyləri üçün şərait yaradanlara qarşı əlavə sanksiyalar və tariflər kimi ticarət tədbirləri də daxil olmaqla, Rusiyaya təzyiqi artırmaq üçün mümkün iqtisadi tədbirlərin geniş spektrini müzakirə ediblər”.

Sənəddə qeyd olunur ki, G7-nin maliyyə nazirləri həmçinin Rusiyanın dondurulmuş aktivlərindən “Ukraynanın müdafiəsi üçün” istifadə imkanları ilə bağlı müzakirələri sürətləndirməyə razılaşıblar. Görüşdən əvvəl Bloomberg mənbələrə istinadən xəbər verib ki, G7 maliyyə nazirləri Rusiya neftinin alınmasına görə Çin və Hindistana qarşı mümkün ikinci dərəcəli sanksiyaların tətbiqini müzakirə edəcəklər. Daha əvvəl Financial Times xəbər vermişdi ki, Avropa İttifaqı Rusiya nefti və qazının alınmasına görə Çinə və üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edir. Bundan əlavə, nəşrin mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya təzyiqi artırmaq üçün Aİ-ni Çin və Hindistana rüsumları 100 faizə çatdırmağa çağırıb.

Musavat.com

Seçilən
1
25
musavat.com

10Mənbələr