AZ

3 il həbsdə qalan jurnalist azadlığa çıxdı - FOTO

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov azadlığa buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Əvəz Zeynallı özünün "Facebook" hesabından paylaşım edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 3 ilə endirib. Onun həbs cəzası bu gün başa çatıb.

Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Əvəz Zeynallı bu il aprelin 25-də azadlığa buraxılıb. Nizami Rayon Məhkəməsi onun xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.




Seçilən
60
24
news24.az

10Mənbələr