AZ

Dəməşqdə ABŞ-Suriya görüşü: Gündəmdə İŞİD və ordu

Suriya prezidenti Əhməd Şara ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperi qəbul edib.

Turkustan.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper Suriya prezidenti Əhməd Şara ilə ölkədəki “İŞİD təhlükəsi” və silahlı qrupların orduya inteqrasiyasını müzakirə edib.

CENTCOM-dan verilən açıqlamada, prezident Şaranın CENTCOM komandiri admiral Kuperi paytaxt Dəməşqdəki Xalq Sarayında qəbul etdiyi bildirilib.

Açıqlamada ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakın və onu müşayiət edən qrupun da iştirak etdiyi, tərəflərin Suriyadakı silahlı qruplaşmaların hökumət ordusuna inteqrasiyası istiqamətində səyləri müzakirə etdiyi qeyd edilib.

“Suriyadakı İŞİD təhlükəsinin aradan qaldırılması İŞİD-in ABŞ ərazisinə hücumu riskini azaldacaq və prezident Trampın firavan Yaxın Şərq və qonşuları ilə sülh şəraitində yaşayan sabit Suriya baxışına töhfə verəcək”, - deyə, bəyanatda bildirilir.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, görüşdə bəzi nazirlər və yüksək səviyyəli rəsmilər də iştirak edib.

Görüşdə ortaq maraqlara riayət etməklə Suriyada və regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsinə xidmət edəcək siyasi və hərbi sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
1
turkustan.az

2Mənbələr