AZ

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq – razılıq əldə edilib

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq.

İdman.biz xəbər verir ki, 53 yaşlı mütəxəssis bunun üçün yerli futbol federasiyası ilə prinsipial razılıq əldə edib.

O, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından sonra yığmanın “sükanı arxasına” keçəcək. Həmin vaxtadək isə komandaya hazırkı baş məşqçi Didye Deşam rəhbərlik edəcək.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid "Real"ının baş məşqçisi olub. O, İspaniya təmsilçisi ilə 2 dəfə La Liqanı, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr