AZ

Ançelotti Neymarı bu şərtlə Braziliya millisinə çağıracaq

BAKI, 13 sentyabr. TELEQRAF

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın yığmaya dəvət olunması üçün əsas şərtləri açıqlayıb.

Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis Paraqvayla oyundan öncə oteldə futbolçu ilə şəxsən söhbət etdiyini bildirib:

“Neymarın necə oynadığını izləməyimizə ehtiyac yoxdur, hər kəs onun nə qədər istedadlı olduğunu bilir. Müasir futbolda istedadını ortaya qoymaq üçün yaxşı fiziki formada olmaq vacibdir. Əgər ən yaxşı fiziki durumuna qayıdarsa, heç bir problem olmadan milliyə çağırılacaq. Hamı Neymarı yaxşı formada yığmada görmək istəyir. Mən onunla danışdım və dedim ki, sənin vaxtın var, hazırlan və komandaya dünya çempionatında mümkün qədər yaxşı çıxış etməyə kömək et”.

Ançelotti 33 yaşlı oyunçunun mövqeyində dəyişiklik edəcəyini qeyd edib: “Onu hücumameylli yarımmüdafiəçi və ya forvard mövqeyində oynadardım. Neymarı mərkəzdə istifadə etmək lazımdır. Artıq cinahda çıxış edə bilməz, çünki müasir futbolda bunun üçün xüsusi fiziki keyfiyyətlər tələb olunur. Amma hücumameylli yarımmüdafiəçi rolunda heç bir problem yoxdur”.

Seçilən
23
teleqraf.com

1Mənbələr