AZ

Bobun həyat yoldaşı da həbs olundu

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın sabiq ermənipərəst senatoru Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib. “Bloomberg”in məlumatına görə, 58 yaşlı Nadin Menendes biznes fəaliyyəti ilə əlaqədar və ya ərindən hüquqi yardım istəmək üçün Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinir. Ona qarşı ümumilikdə, 15 maddə üzrə ittiham irəli sürülüb. Prokurorlar xanım Menendesin ərinə mesajlar və rüşvət ötürməsində, həmçinin Misir rəsmiləri ilə görüşlərin təşkilində roluna görə azı 7 il həbs cəzasına məhkum edilməsini tövsiyə etmişdilər. Müstəntiqlər onun rüşvət cinayətində aparıcı fiqur olduğunu deyirlər. Qeyd edək ki, keçmiş senatorun özü də eyni cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edilib, hökm bu il iyunun 17-dən qüvvəyə minib. Xatırladaq ki, Bob Menendes 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli ermənidir. Bob Menendes ikinci arvadının təsiri altında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparırdı.

Bob Menendes erməni lobbisinə yaxınlığı ilə seçilən demokrat senatorlardan biri idi. Digər ermənipərəst senatorlar kimi Menendes də Ermənistanın işğalçılıq siyasətini və Azərbaycanın əzəli torpağı - Qarabağda tarixin zibilliyinə atılmış qondarma rejimi dəstəkləyirdi. O, senator olduğu müddətdə mütəmadi olaraq anti-Azərbaycan və anti-Türkiyə kampaniyalarının təşkilində aktiv şəkildə rol oynamış, hətta bu kampaniyalara rəhbərlik etmişdi. Senator olduğu zaman bütün fəaliyyətini korrupsiya və rüşvət üzərində quran B.Menendes öz şəxsi maraqları və ambissiyaları üçün erməni lobbisinə xidmət edib və lobbinin planlarının baş tutması üçün əlindən gələni edib. Menendesin seçki kampaniyasına erməni əsilli milyarderlərin maliyyə vəsaitləri ayırmasına da şübhə yoxdur. İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Menendes aldığı tapşırıq və əmrlərə uyğun olaraq Azərbaycana qarşı bəyanatlarını daha da intensivləşdirdi - üç-dörd il bundan öncə sabiq senator özü kimi ermənipərəst senatorlar Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uay­thausu və Heri Pitersi başına yığaraq Konqresdə “Ermənilərin Azərbaycanın təcavüzündən qorunması haqqında” bədnam qanun layihəsini irəli sürmüşdü. Menendes və ermənipərəst senatorlar bu qanun layihəsinin qəbul olunması üçün nə qədər səy göstərsələr də, onların cəhdləri heç bir nəticə vermədi.  Bob, bununla yanaşı, vaxtilə rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr də keçirib. İddia edirdi ki, guya, Azərbaycan Laçın yolunu bağlamaqla Qarabağ ermənilərini blokadaya alıb və ərazidəki ermənilərə humanitar yardımın çatdırılmasına imkan vermir. Əvvəlki cəhdləri kimi, Menendesin bu  cəhdi də baş tutmadı. Eyni zamanda, qeyd edək ki, Menendes yunan lobbisinə də pul müqabilində xidmət edib - o, ABŞ-ın Türkiyə ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığının genişlənməsinə qarşı çıxışlar edirdi.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr