AZ

170 nömrəli avtobus Xocəsən yolunda qəzaya düşüb--YENİ DETALLAR.

Xocəsən yolunda 170 nömrəli avtobus qəzaya düşüb.

Azia.az  “Trend”ə istinadla xəbər verir ki, ilkin araşdırma qəzanın avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması nəticəsində baş verdiyini göstərir.

Avtobus saatda 25-30 km sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb. Toqquşmadan yayınmaq üçün sürücü avtobusu sağa tərəf yönəldib və nəticədə nəqliyyat vasitəsi beton bardürə çırpılıb.

Qəza zamanı 9 nəfər xəsarət alıb. Zərərçəkənlər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb. Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.  



Seçilən
25
azia.az

1Mənbələr