AZ

Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR


Özbəkistanda inanılmaz hadisə qeydə alınıb — 130 yaşlı Xuvaydo Umarova yer üzünün ən yaşlı sakini kimi tanınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı respublikanın Ədliyyə Nazirliyi yayıb.

Rəsmi açıqlamaya görə, məhkəmə müəyyən edib ki, Xuvaydo Umarova 1 yanvar 1895-ci ildə dünyaya gəlib. Nazirliyin bəyanatında qeyd olunub:
“Özbəkistan tarixində ilk dəfə belə bir fakt qeydə alındı — 130 yaşlı nənə.”

Bununla belə, məhkəmə vurğulayıb ki, bu yaşı təsdiqləyən sənədli sübutlar, yəni mollalar tərəfindən aparılmış metrik dəftərlər və ya digər arxiv materialları hazırda mövcud deyil.

Əgər beynəlxalq ekspertlər bu faktı təsdiqləsələr, Xuvaydo Umarova dünyanın ən yaşlı insanı kimi tanınacaq və Ginnesin Rekordlar Kitabına daxil ediləcək.

Müqayisə üçün, hazırda dünyanın ən yaşlı sakini hesab edilən britaniyalı Etel Katxerem bu ilin 21 avqustunda 116 yaşını qeyd etmişdi. Bütün dövrlərin ən yaşlı insanı isə rəsmi olaraq 122 il yaşamış fransız qadın Janna Luiz Kalman olub (1897-ci ildə vəfat edib).

Özbəkistanın 130 yaşlı Xuvaydo nənəsi isə dünya elmi və ictimaiyyətini heyrətə salaraq, yaş rekordunu yeniləyə bilər.

 


Seçilən
9
1
nuh.az

2Mənbələr