AZ

CAR klubu azərbaycanlı legionerə böyük məbləğdə pul ödəyəcək

Karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirəcək azərbaycanlı futbolçu Turan Manafov "Stellenboş"la anlaşıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, millimizin sabiq müdafiəçisi 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

27 yaşlı sol cinah oyunçusu Afrikada indiyədək qazanmadığı qədər pul əldə edəcək. CAR klubu həmyerlimizə illik olaraq 120 min dollar əməkhaqqı ödəyəcək.

Qeyd edək ki, Turan Manafov son olaraq "Kəpəz"də çıxış edib. O, daha əvvəl "Zaqatala", "Səbail", "Olimpiakos" (Volou) və "Araz-Naxçıvan"ın formasını geyinib.

İdman.biz

Seçilən
27
1
idman.biz

2Mənbələr