AZ

Ağ Evdən Kremlə sərt mesaj: Bu, böyük hörmətsizlikdir, Polşanı müdafiə edəcək

ABŞ Polşanın hava məkanını pozan Rusiya PUA-larının vurulmasından sonra NATO ərazisini müdafiə etməyə hazırdır. 

Ölkə.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Doroti Şi deyib.
"Birləşmiş Ştatlar bu həyəcanverici hava məkanı pozuntuları qarşısında NATO müttəfiqlərimizin yanındadır. Birləşmiş Ştatlar Şimali Atlantika Müqavilənin 4-cü maddəsinə uyğun olaraq Polşa və digər NATO müttəfiqlərimizlə məsləhətləşmələr aparır və əmin olun ki, biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik", - amerikalı diplomat vurğulayıb.
Şi bildirib ki, bu iş ABŞ-ın son həftələrdə Ukraynadakı müharibəni dayandırmaq üçün göstərdiyi “fövqəladə səylərə” kömək etmir.
Şi əlavə edib ki, bu hərəkətlər, eləcə də ABŞ-ın müttəfiqinin hava məkanının pozulması, ABŞ-ın bu münaqişəni sona çatdırmaq üçün göstərdiyi xoş niyyətli səylərə böyük hörmətsizliyin göstəricisidir. 

“Biz Rusiyanı diplomatiyaya sadiqliyini bir daha təsdiqləməyə və Ukraynayla birbaşa danışıqlar yolu ilə hərbi əməliyyatlara dərhal son qoymağa çalışmağa çağırırıq”, - diplomat bildirib.

Mürtəza

Seçilən
18
olke.az

1Mənbələr