AZ

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 9 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 1 milyard 558,179 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“İki sahil” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,6 % çoxdur.

Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Təkcə avqustda isə Türkiyədən Azərbaycana 207,397 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 5 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,1 %-i qədər olub.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 5 % artaraq 154 milyard 069,867 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya 13,095 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 9,4 % çox), Böyük Britaniya 9 milyard ABŞ dolları (+9,5 %), ABŞ 8,545 milyard ABŞ dolları (-2,5 %) və İtalya 8,23 milyard ABŞ dolları (+7,7 %) həyata keçirib.

Seçilən
6
1
ikisahil.az

2Mənbələr