AZ

ABŞ müxtəlif ölkələrdən olan bir sıra şirkətlərə sanksiya tətbiq edəcək

ABŞ Ticarət Nazirliyi dərc etdiyi bir siyahıda sanksiya tətbiq edəcəyi şirkətlərin siyahısı açıqlayıb.

APA xəbər verir ki, sentyabrın 16-dan başlayaraq sözügedən şirkətlərin ABŞ-a məhsul ixrac etməsinə qadağa qoyulacaq.

Siyahıda Çinə məxsus 23, Türkiyədən 3, BƏƏ-dən 3, Hindistan, İran, Sinqapur və Tayvanın hər birindən 1 şirkətin adı var.

Sözügedən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin ehtiyaclarını ödəməkdə və eləcə də, Amerika məhsullarının icazəsiz olaraq Rusiyaya göndərməkdə ittiham edilir.

“ABŞ hökuməti bu qurumların Amerikanın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd hərəkət etdiyini müəyyən edib”, - ABŞ Ticarət Nazirliyinin bəyanatında qeyd olunub.

Seçilən
22
3
apa.az

4Mənbələr