AZ

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Dünən Ağdam rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, axşam saat 16 radələrində baş verən qəzanı törədən şəxsin və ölənin ikisinin də məktəbli olması məlum olub.

Belə ki, rayonun Səfərli kəndinin ərazisində Böyükbəyli kənd sakini 2011-ci il təvəllüdlü Əli Elnur oğlu Məmmədli atasına məxsus "VAZ-21 115" markalı 90 NG 609 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb.

Avtombildə olan Elnurun həmkəndlisi və sinif yoldaşı 2011-ci il təvəllüdlü Adəm Sərvər oğlu İsmayılzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağdam RPŞ tərəfindən araşdırmalar aparılır.






Bizim.Media

Seçilən
8
2
bizim.media

3Mənbələr