AZ

"İndi geri qayıtmaq vaxtıdır, “Qarabağ”a qalib gəlməli olduğumuz oyunz var”

"Benfika"nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında danışıb.

Sportinfo.az "A Bola"ya istinadən xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:

"İndi geri qayıtmaq vaxtıdır. Çərşənbə axşamı evdə qalib gəlməli olduğumuz oyunumuz var.

Azarkeşlərimizə səslənirəm: bizi dəstəkləməyə davam edin. Xahiş edirəm, çərşənbə axşamı burada olun.

Çünki Çempionlar Liqasında yaxşı mövsüm keçirməl və mərhləyə qələbə ilə başlamalıyıq".

"Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Benfika" ötən gecə Portuqaliya çempionatının 4-cü turunda "Santa Klara" ilə 1:1 hesablı heç-heçə edib.

Seçilən
34
3
sportinfo.az

4Mənbələr