AZ

Nepalda komendant saatı ləğv edildi

Ajans.az Nepalın mediasına istinadən xəbər verir ki,Nepal Ordusu əvvəlcə şənbə günü səhər saat 06:00-a qədər komendant saatı elan etmişdi. Lakin bu gün səhər etibarilə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Katmandudan ölkənin digər bölgələrinə uzun marşrut avtobusları yola salınıb. Bəzi nəqliyyat vasitələri isə artıq cümə axşamı Qonqabu avtobus terminalından paytaxtı tərk etmişdi. Katmandu vadisində avtomobil və piyadaların artımı müşahidə olunur, bu da həyatın normallaşmasının göstəricisi kimi qiymətləndirilir. Səlahiyyətli orqanların verdiyi məlumata görə, ölkədə təhlükəsizlik vəziyyəti tədricən stabilləşməkdədir. Komendant saatının və qadağanedici tədbirlərin ləğvi, hökumətin vəziyyətə nəzarət etdiyini və ictimai sabitliyin bərpasını əsas götürərək bu qərarı verdiyini göstərir.  

 

Seçilən
82
Ajans.az

1Mənbələr