Ukraynalı idmançılar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən "World Challenge Cup" turnirinin start siyahılarına daxil edilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə Fransa Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna gimnastika federasiyasının nümayəndələri olimpiya çempionu, rus idmançı Ancelina Melnikovanın yarışa buraxılması ilə əlaqədar yarışda iştirakdan imtina ediblər. İlkin olaraq, Ukraynadan yeddi idmançının adı start heyətə salınmışdı.