AZ

“Zeytun qızıldandırmı? – Mado Əhmədlidə 16 manatlıq pizza 31 manata çıxdı” - VİDEO

[center]“Zeytun[/center][b]“Azərbaycan Reallığı”na müraciət edən vətəndaş restoranlarda qiymət siyasəti ilə bağlı maraqlı bir şikayətini bölüşüb. Onun sözlərinə görə, uşaqları üçün Mado Əhmədlidən pizza sifariş edərkən gözlənilməz bir ödənişlə üzləşib.[/b]Müştərinin dediyinə görə, sifariş etdiyi pizzanın qiyməti 16 manat olub. O, restorana müraciət edərək xahiş edib ki, pizzanın üzərinə qarğıdalı əlavə edilməsin, əvəzində zeytun qoyulsun. Vətəndaşın iddiasına əsasən, restoranda bu sadə dəyişiklik üçün hesabına əlavə olaraq 8 manat ödəniş yazılıb. Müştərinin sözlərinə görə, pizzanın üzərinə sadəcə 5-6 ədəd zeytun əlavə olunub, amma qiymət bir anda yüksəlib.

Bundan əlavə, hesabda 7 manat servis haqqı da göstərilib. Beləliklə, əslində 16 manatlıq pizza 31 manata başa gəlib.

Vətəndaş məsələni ictimailəşdirərək sual edir:

Sadə bir ərzaq dəyişdirilməsinə görə bu qədər yüksək əlavə ödəniş almaq nə dərəcədə düzgündür?

Ümumiyyətlə, servis haqqının məbləği müştəriyə əvvəlcədən açıqlanmalıdırmı?

Bu hadisə sosial şəbəkələrdə və restoranlarla bağlı ictimai müzakirələrdə tez-tez səslənən narazılıqları bir daha gündəmə gətirir. Azərbaycanda bəzi restoran və kafelərdə “gizli ödənişlər” və ya həddindən artıq servis haqları ilə bağlı şikayətlər mütəmadi olaraq eşidilir.

Ekspertlərin fikrincə, restoranlar əlavə ərzaq və xidmətlər üçün qiymətləri menyuda və ya əvvəlcədən açıq şəkildə göstərməlidirlər. Müştərinin sifariş zamanı dəqiq məlumat almaması isə həm istehlakçı hüquqlarının pozulması, həm də inamsızlığın yaranmasına səbəb olur.

Maraqlıdır ki, müştəri bu hadisəni “indiki halda qərarı ictimaiyyət versin” deyərək ictimai müzakirəyə çıxarıb.(Azərbaycan Reallığı)

[b]Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır. [/b]

Seçilən
25
yenisoz.az

1Mənbələr