AZ

Ərdoğanın baş müşaviri vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ərdoğanın digər müşaviri Cemil Ertem “X” hesabında paylaşım edib:

“Dəyərli iş yoldaşımız, Prezidentin baş müşaviri Hamdi Kılıçı itirdik. Çox kədərləndim. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə Allahdan səbir diləyirəm”.

Uzun sürən xəstəlikdən əziyyət çəkən Kılıç bu gün Ankarada vəfat edib. Kılıçın cənazəsi, günorta namazından sonra Ahmet Hamdi Akseki məscidində keçiriləcək cənazə mərasimindən sonra Gölbaşı qəbiristanlığında dəfn olunacaq.

Seçilən
34
cebheinfo.az

1Mənbələr