İran və Azərbaycan mədəni sahədə əməkdaşlığı gücləndirmək məqsədilə qarşılıqlı mədəniyyət günləri keçirəcək. SİA xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, İranın Mədəniyyət və İslami Əlaqələri Təşkilatının müdir müavini Əbdülrza Raşid və Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda görüşüb.
Görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələrin genişləndirilməsi və qarşılıqlı mədəniyyət günlərinin iki ölkənin paytaxtları və digər şəhərlərində həyata keçirilməsi barədə razılıq əldə olunub.